AZ

“Şou-biznesin şəhzadəsi Təranə Qumral, kralı isə Musa Musayevdir” - Afət Fərmanqızı

“İnsan 8 mart hədiyyəsini öz doğmalarından gözləyir. Hər il hansısa zinyət əşyası, qızıl olurdu, amma bu il fərqli oldu. Həyat yoldaşım mənə iki yeni mahnı və iki klip hədiyyə etdi. Biri yaxtada çəkildi, biri də Moskvanın gəzməli, görməli yerlərində. Bu gün də həyat yoldaşımla məni gözəl restoranlardan birinə şam yeməyinə dəvət edib. Düşünürəm ki, fərqli hədiyyədir. Bir hər il olduğu kimi oğlumdan hədiyyə alıram. Sizin vasitənizlə bütün xanımlarımızı təbrik edirəm”
 
Bunu Moderator.az -a açıqlamasında tanınmış müğənni Afət Fərmanqızı deyib. O daha sonra şou-biznesin bugünki vəziyyətindən də danışıb:
 
“Şou-biznesi “Dəli Kür” filmindəki mollalarla bağlı səhnəciyə bənzədirəm. Qabağa getməkdən ötrü kim-kimin mahnısını oğurlayır, kimin əlinə nə keçirsə oğurluq edir. Çoxluq belədir. Şou-biznesdə mahnı oğurlayanları düşməndən fərqləndirmirəm. Çünki ermənilər də oğurlayırlar, mahnı oğruları da oğurlayır. Bir kəlmə deyin ki, filankəs mahnını oxumaq istəyirəm. O da deyəcək ki, qurbandır. Mən Ağa Maştağalının bir mahnısını oxumuşam, sabah işıq üzü görəcək. Bir kəlmə ona dedim, dedi ki, qurbandır. Nə olar adamın-adamı saymağı yaxşı şeydir axı!” deyə müğənni bildirib.
 
Afət Fərmanqızı “Şou-biznesin şəhzadəsi və kralı kimdir?” sualına belə cavab verib:
 
“Şou biznesin şəhzadəsi Təranə Qumral, kralı isə Musa Musayevdir” deyə müğənni bildirib.
Seçilən
4
moderator.az

1Mənbələr