AZ

Qvardiola: “Mançester Siti” ÇL-ə vəsiqə qazana bilməsə…”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “şəhərlilər”in gələn mövsüm Çempionlar Liqasına nərəzi düşə bilməməsi ehtimalını şərh edib.

Arena.az “City Xtra” dərgisinə istinadən, ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Kişilər, bu, dünyanın axırı olmayacaq. Biz Çempionlar Liqasına təsnif olmaq istəyirik, amma əgər bu, baş verməsə, demək bu, bizim komandamızın kifayət qədər yaxşı olmadığı, digər klubların isə buna layiq olduqları demək olacaq.

“Mançester Siti” yarış cədvəlində mükəmməl adlandırıla bilməyəcək bir vəziyyətdədir, amma bu, heç də pis deyil. Hər şey öz əlimizdədir və biz mübarizə aparacağıq”, deyə Qvardiola vurğulayıb.

27 oyundan topladığı 47 xalla “Mançester Siti” İngiltərə Premyer Liqasının yarış cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Premyer Liqaya 28 oyundan 67 xalla “Liverpul” başçılıq edir.

Seçilən
13
arena.az

1Mənbələr