AZ

Dieqo Maradonanı müalicə edən həkimlərin məhkəməsi başlayır

Argentinanın paytaxtı Buenos-Ayresdə Dieqo Maradonanı müalicə edən həkimlərin məhkəməsi başlayacaq.

Oxu.Az bu barədə "Al-Jazeera"ya istinadən məlumat yayıb.

Yeddi tibb işçisi səhlənkarlıq maddəsi ilə ittiham olunur. Günahları sübuta yetirilərsə, onları səkkiz ildən 25 ilə qədər həbs gözləyir. Məhkəmə martın 11-dən başlayaraq dörd ay davam edəcək və prosesdə 100-dən çox şahid, o cümlədən mərhum futbolçunun qohumları və həkimləri iştirak edəcəklər.

Qeyd edək ki, Dieqo Maradona 25 noyabr 2020-ci ildə 60 yaşında ürək çatışmazlığından vəfat edib.

Mənbə: oxu.az

Seçilən
3
oxu.az

1Mənbələr