AZ

Bakıda azyaşlı qızın telefonunu əlindən alıb qaçdılar

Paytaxtın Yasamal rayonu ərazisində azyaşlı qızın mobil telefonunun soyğunçuluq yolu ilə ələ keçirilməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən 22 yaşlı B.Bukavadze və bir nəfər yeniyetmə müəyyən edilərək saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır./Oxu.az


Telegram kanalımız
Seçilən
34
9
yenisabah.az

10Mənbələr