İngiltərənin “Çelsi” klubunun 2024-cü ildə malik olduğu heyət dünya futbol tarixinin ən bahalı heyəti olması rekordu ilə diqqət çəkib.
Arena.az bu barədə UEFA-nın məlumat verdiyini bildirir.
“Zadəganlar”ın oyunçularının ümumi dəyəri 1,656 milyard avro məbləğ təşkil edib.
Xatırladaq ki, əvvəlki rekord İspaniya nəhəngi “Real”a məxsus idi. 2020-ci ildə “Kral klubu”nun heyətinin ümumi dəyəri 1,332 milyard avro məbləğində olub.
2024-cü ilin ilk üçlüyünə də İngiltərə klubları qapayırlar: “Mançester Siti” (1,294 milyard avro) və “Mançester Yunayed” (1,098 milyard avro).
Ətək-ətək pul-para səpələyən ingils klublarının cari mövsüm İngiltərə Premyer Liqasındakı mövqeləri isə 27 oyundan sonra belə mənzərə yaradır:
“Mançester Siti” 47 xalla 4-cü, “Çelsi” 46 xalla 5-ci, “Mançester Yunayted” isə 33 xalla 14-cü.
Göründüyü kimi, pullar heç də hər şeyi həll etmir.