“Mançester Siti”nin zədəli futbolçusu Natan Ake uzun müddət yaşıl meydanlardan uzaq qalacaq.
Futbolpress.az xəbər verir ki, sol ayağından əməliyyat olunan müdafiəçi 10-11 həftə meydana çıxa bilməyəcək. Onun mövsümün sonuna yaxın bərpa olunacağı gözlənilir.
Ake bu mövsüm Premyer Liqada 10 oyuna çıxıb.