Macarıstanın baş naziri Viktor Orban ABŞ və Aİ arasında tarif müharibəsinin başlayacağını, lakin Macarıstanı ABŞ ilə ittifaqla xilas edəcəyini bildirib.
Publika.az xəbər verir ki , o, bu barədə Macarıstan Ticarət və Sənaye Palatasında iqtisadi ilin açılışında bildirib.
“Macarıstan-Amerika iqtisadi əməkdaşlığı paketi yaradılacaq. Eyni zamanda gömrük müharibəsi olsa belə, bu bizim üçün yaxşıdır”.
Orban əlavə edib ki, ABŞ-ın yeni administrasiyası qlobal biznesi öz iqtisadiyyatına cəlb etməyə çalışır.
Orban həmçinin Budapeştin Vaşinqtonla “yaxşı sövdələşmə” edəcəyini və Brüsselin “laiq olduğunu” alacağını bildirib.