Kriştiano Ronaldonun formasını geyindiyi “Əl Nəsr” Səudiyyə Ərəbistanı çempionatında növbəti oyuna çıxıb.
Futbolpress.az xəbər verir ki, sözügedən komanda “Əl Şabab” ilə qarşılaşıb. 4 qolun vurulduğu matç bərabərliklə başa çatıb. Ronaldo oyunda bir qolla yadda qalıb. Bu, onun karyerasındakı 926-cı qol olub.
“Əl Şabab”a türkiyəli mütəxəssis Fatih Terim rəhbərlik edir.
“Əl Nəsr” 24 turdan sonra 48 xalla 4-cü sıradadır. “Əl Şabab” isə 40 xalla 6-cıdır.