AZ

Xamenei: "İran ABŞ ilə danışıqlara getməyəcək"

İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Əli Xamenei ABŞ ilə danışıqlara getməyəcəklərini bildirib.

İran İslam Respublikası ABŞ ilə danışıqlara getməyəcək, çünki Vaşinqton yalnız öz maraqlarını düşünür.

"Operativ Media" xəbər verir ki, bunu İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Əli Xamenei ABŞ prezidenti Donald Trampın Tehranın nüvə proqramı ilə bağlı danışıqları təklif edən məktubuna cavab olaraq İran rəsmiləri ilə görüşündə SNN kanalının canlı yayımında deyib .

Xamenei deyib ki, Qərbin ikili standartlardan istifadə etməsi “sivilizasiya üçün rüsvayçılıqdan” başqa bir şey deyil. O əlavə edib ki, İkinci Dünya Müharibəsi zamanı nasist Almaniyasının cinayətlərini etiraf etmək və eyni zamanda israillilərin Qəzza zolağındakı cinayətlərini inkar etmək mümkün deyil.

Cümə günü Donald Tramp “Truth Social” səhifəsində Xameneyiyə Tehranın nüvə proqramı ilə bağlı danışıqlar aparmağı təklif edən mesaj göndərdiyini yazıb.

Seçilən
11
operativmedia.az

1Mənbələr