AZ

Sumqayıtda bir nəfərin 95 min manatını ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Sumqayıt şəhəri ərazisində bir nəfərin 95 min manatını etibarından sui-istifadə etmək yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb. 

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsi 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq etməkdə şübhəli bilinən 32 yaşlı şəhər sakini H.Həsənli müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Seçilən
2
16
operativmm.az

10Mənbələr