AZ

“AzerGold” QSC Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid analarını ziyarət edib

“AzerGold” QSC tərəfindən 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Daşkəsən rayonunda qeydiyyatda olan şəhid anaları ziyarət edilib.

QAZİLER.AZ AZƏRTAC-a istinadən bildirir ki, ziyarətin məqsədi ölkəmizin ərazi bütövlüyü uğrunda həyata keçirilmiş hərbi əməliyyatlar zamanı həlak olmuş şəhidlərimizin ailə üzvlərinin daim diqqətdə saxlanılması, onların hərtərəfli qayğı ilə əhatələnməsi istiqamətində dövlətimizin yürütdüyü siyasətə əlavə töhfə verməkdir.

Ziyarət zamanı şəhid anaları və həmçinin onların xanım vərəsələrinə “AzerGold” QSC adından təbrik məktubu, gül buketi və hədiyyə kartı təqdim edilib, şəhidlərimizin xatirəsi dərin hörmət və ehtiramla anılıb.

Seçilən
33
5
qaziler.az

6Mənbələr