AZ

Qayıdışın məşğulluq təminatı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işğaldan azad olunmuş ərazilərimizdə fəaliyyət göstərən işəgötürənlərlə növbəti görüş olub.

Müzakirədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər, İqtisadiyyat, Müdafiə nazirlikləri, Dövlət Sərhəd Xidməti, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Minatəmizləmə Agentliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, TƏBİB, “Protean Construction” ASC, “Azvirt” MMC və “Alphademining” MMC-nin nümayəndələri iştirak ediblər.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən məşğulluq proqramlarını qeyd edib. O bu proqramların icrası sahəsində işəgötürənlərlə fəal əməkdaşlıq şəraitində görülmüş işlər barədə məlumat verib.

Görüşdə qeyd olunan ərazilərə köçürülən əhalinin məşğulluğu ilə bağlı işəgötürənlərlə birgə görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub.

Zərifə HÜSEYNOVA
XQ

Seçilən
8
xalqqazeti.az

1Mənbələr