Misli Premyer Liqasında gümüş medallara iddialı "Zirə" heyətini gücləndirib.

Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı təmsilçiisi Mozambik yığmasının futbolçusu Rikardu Qimaraynşlə anlaşıb. 

29 yaşlı yarımmüdafiəçi ilə 2026/27 mövsümünün sonunadək müqavilə imzalanıb. 

Rikardunun son klubu Türkiyənin aşağı liqasında yarışan "İğdır" olub. 

Karyerasının böyük hissəsini Portuqaliyada keçirən futbolçu Mozambik milli komandasının heyətində 15 matçda 2 qol vurub.