AZ

10 yaşlı Məryəmin dəstəyə ehtiyacı var: "Müalicələrini davam etdirə bilmir"

10 yaşlı Məryəmin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.

Bu barədə hakimiyyet.az-a onun anası Elnarə Abbasova məlumat verib.

O bildirib ki, övladı üç ildir böyrək problemindən əziyyət çəkir:

"Məryəmin 10 yaşı var, üç il bundan əvvəl ağrıları olduğu üçün həkimə müraciət etdik. Həkimlər onun böyrəyində daş olduğunu dedilər. Bir müddət müalicə etsək də, müalicə faydasız oldu. Buna görə Məryəm əməliyyat olundu. Məryəm azca yaxşılaşmışdı ki, yenidən ağrıları başladı. Son üç ildə qızım üç dəfə eyni əməliyyatı keçirib. Hazırda yenə vəziyyəti pisdir".

Gənc ana övladlarına təkbaşına baxdığını deyib:

"Mənim Məryəmdən başqa bir övladım da var. Ataları illər əvvəl bizi tərk edib, maraqlanmır. Özümüz kirayədə qalırıq, evlərə gündəlik təmizliyə gedirəm. İnanın, tək ana kimi həm gündəlik xərclər, həm kirayə, həm də uşağın müalicəsi, artıq çatdıra bilmirəm. Məryəm yenidən MRT-yə girməlidir, müayinə olunmalıdır. Bunun üçün isə bizim 600 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".

Ailə ilə əlaqə: (055) 301-64-56.

"Kapital Bank": 5239 1517 3695 9209.

Seçilən
3
1
hakimiyyet.az

2Mənbələr