AZ

Neftimizin qiyməti 74 dollara yaxınlaşıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,89 ABŞ dolları, yaxud 2,63 % artaraq 73,85 ABŞ dolları təşkil edib.

Bu barədə Valyuta.Az-a neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin may fyuçerslərinin qiyməti 72,07 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında Azeri Light markalı Azərbaycan neftin bir barelinin qiyməti 1,87 ABŞ dolları və ya 2,65 % artaraq 72,58 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Seçilən
73
29
valyuta.az

10Mənbələr