AZ

Azərbaycanda 16 bank gömrük xidmətləri göstərir

Azərbaycandakı 22 bankdan 16-sı Dövlət Gömrük Komitəsinin reyestrinə daxil edilib.

"Report" xəbər verir ki, bunlar, "AFB Bank", "Azərbaycan Beynəlxalq Bankı", "Azərbaycan Sənaye Bankı", "Azər-Türk Bank", "Bank Avrasiya", "Bank Respublika", "Premium Bank", "Kapital Bank", "PAŞA Bank", "Rabitəbank", "Turan Bank", "Unibank", "Xalq Bank" və "Zıraat Bank Azərbaycan" ASC-lər, "Access Bank" və "Yapı Kredi Bank Azərbaycan" QSC-lərdir.

Beləliklə 6 bank - "Bank of Baku", "Bank BTB", "Bank VTB Azərbaycan", "Express Bank" və "Yelo Bank" ASC-lər, eləcə də İran Milli Bankının Bakı filialı gömrük xidmətlərindən kənardadır.

Reyestr Nazirlər Kabinetinin 1 mart 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Dövlət Gömrük Komitəsinin apardığı reyestrə daxil olmaq üçün banklar və bank olmayan kredit təşkilatlarının müraciətlərinə baxılması Qaydası"na əsasən təşkil olunub.

Seçilən
25
2
far.az

3Mənbələr