AZ

Qrant müsabiqələrinin qalibləri məlumdur

Martın 7-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

İclasda Agentliyin 2025-ci il üzrə elan etdiyi böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri layihələri yoxlamış müstəqil ekspertlərin rəyləri nəzərə alınmaqla kollegial müzakirə olunub və təsdiqlənib.

Agentlikdən mediaya bildirilib ki, 2025-ci il üzrə qrant müsabiqələrinə 915 təşkilat müraciət edib. Layihələr bir neçə mərhələdən ibarət müsabiqə prosesində nəzərdən keçirilib. Agentlik müsabiqələrin nəticəsi olaraq, 407 QHT layihəsini qalib elan edib. Bu layihələrə 4,6 milyon manat vəsait ayrılıb.

 

Seçilən
10
xalqqazeti.az

1Mənbələr