AZ

20 AZN nizamnamə kapitalı olan şirkət Ağdamda 19 mln. manata binalar tikəcək

Ağdam şəhəri 4 nömrəli yaşayış massivində bir neçə çoxfunksiyalı orta mərtəbəli yaşayış binaları tikiləcək.

Valyuta.Az xəbər verir ki, bununla bağlı Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin elan etdiyi tenderə yekun vurulub. 

Məlumata əsasən, tenderin qalibi “Merkuri-İnşaat” MMC olub və tərəflər arasında 19.285.866,9 AZN-lik müqavilə imzalanıb.

Qeyd edək ki, binalar 4 nömrəli yaşayış massivinin 9 və 10-cu məhəllələrində tikiləcək. 

Onu da əlavə edək ki, “Merkuri-İnşaat” MMC 7 aprel 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkət 20 AZN nizamnamə kapitalına sahibdir və qanuni təmsilçisi Məcnunov Mirzə Xıdır oğludur.

Rəhim

Seçilən
35
valyuta.az

1Mənbələr