AZ

Türkiyə və İran XİN başçıları Ciddədə göüşüb

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ciddədə keçirilən İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının fövqəladə iclası çərçivəsində martın 8-də iranlı həmkarı Abbas Əraqçi ilə görüşüb. 

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məlumatı “Shahrekhaber” yayıb.

Bildirilib ki, görüşdə diplomatlar iki ölkə arasında mövcud problemləri müzakirə ediblər.

Qeyd edək ki, son günlər Türkiyənin Tehrandakı və İranın Ankaradakı diplomatik missiyalarının başçıları olduqları ölkələrin Xarici İşlər nazirliklərinə çağırılıblar.

Seçilən
4
2
operativmm.az

3Mənbələr