“Bornmut”un futbolçusu Antuan Semenyo Premyer Liqa nəhənglərinin maraq dairəsinə düşüb.
İdman.biz xəbər verir ki, 25 yaşlı cinah hücumçusu “Arsenal”, “Mançester Yunayted”, “Çelsi”, “Nyukasl” və “Tottenhem”in hədəfindədir.
Sonuncular transferlə bağlı danışıqlara başlamağa hazırlaşır. London klubu 40 milyon avroluq təklif göndərməyi planlaşdırır.
Qeyd edək ki, Semenyo mövsümün 30 matçında 9 qol və 5 assistə imza atıb.
İdman.biz