Neymarın 15 aylıq həsrəti tezliklə sona çatacaq.
“Santos”un hücumçusu uzun müddətdən sonra Braziliya yığmasına çağırılıb.
Bu barədə Braziliya Futbol Konfederasiyasının mətbuat xidməti məlumat yayıb. 33 yaşlı hücumçu DÇ-2026-nın seçmə mərhələsində Kolumbiya və Argentina ilə uyğun olaraq martın 21-də və 25-də keçiriləcək oyunlar üçün milli komandaya dəvət alıb.
Neymar sonuncu dəfə 15 ay əvvəl - 2023-cü il oktyabrın 18-də Uruqvaya qarşı seçmə oyunda meydana çıxıb.
Həmin matçda ciddi zədə alan futbolçu uzun müddət müalicə aldıqdan sonra sıraya dönüb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta