AZ

Azərbaycanda bir komandanı bugünə necə salmaq olar? - VİDEO

II Liqada 15-ci tur başa çatıb.

Çempionluğa iddialı “Şəfa” İmişlidə "Kür-Araz"ın qonağı olub.

Onlar ev sahiblərinə 4:0 hesabı ilə qalib gəlib. Bu, 90 dəqiqənin mənzərəsini tam əks etdirmir.

Elgiz Kərəmlinin çalışdırdığı komanda “Kür-Araz“ın qapısı önündə 20-yə yaxın qol vəziyyəti yaradıb.

Hər iki hissədə hücum futbolu sərgiləyən paytaxt təmsilçisinin heyətində Amil Yunanov dubla imza atıb.

5000 manat maaş qarşılığında yarımhəvəskar çempionatda çıxış etməyə razılaşan «Qəbələ»nin sabiq hücumçusu iki baxımlı qolla adını tabloya yazdırıb.

Əsgər Hüseynovun 15-ci dəqiqədə vurduğu zərbə də baxımlı alınıb.

Ötən həftə güclü qar səbəbindən yarıyolda qalan və Şamaxıya gedib çıxa bilməyən İmişli komandasının güclü rəqibinə müqavimət göstərmədiyini deməliyik.

Onlar, sadəcə, meydanda vaxt keçirir, bəzən də əsəbdən kobudluğa əl atırdılar. Belə epizodların birində Mirabbas Mirbabayev ikinci sarı vərəqəni alaraq, 69-cu dəqiqədə yaşıl sahədən kənarlaşdırılıb.

“Kür-Araz“dan yalnız Əmrah Zülfüqarlını fərqləndirmək olar. Düzdür, o, qapısında 4 qol gördü, amma bir çox epizodda da topun qapı xəttini keçməsini önlədi.

SPORTİNFO.AZ

“Kür-Araz” – “Şəfa” 0:4

Qollar: Amil Yunanov, 6, 54; Əsgər Hüseynov, 15; Elvin Nəsibov, 88
Heydər Əliyev adına İmişli şəhər stadionu. 100 tamaşaçı
Baş hakim: Səbuhi Bayramov
Baş hakimin köməkçiləri: Aydın Bəxşiyev, Asif Abullayev
Dördüncü hakim: Nazim Abdullayev
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Sarı vərəqələr: Mirabbas Mirbabayev, 41, 69 (qeyri-idman hərəkəti); Eltun Həsənli, 54 (qeyri-idman hərəkəti); Ramazan Abbasov, 78 (hakimin qərarına etiraz) // Elnur Cəfərov, 43 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqə: Mirabbas Mirbabayev, 69
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 2 dəq.

“Kür-Araz”: 99. Əmrah Zülfüqarlı 11. Ramazan Abbasov 14. Elnur Məmmədov (k) 8. Cavidan Musazadə (13. Nihad Məmmədov, 78) 22. Mirabbas Mirbabayev 9. Elxan Məmmədov 10. Bayram Əliyev (4. Nihat Paşayev, 73) 18. Nicat Fərəcli (3. Eltun Həsənli, 46) 77. Museyib Vəlizadə 15. Babək Yaqublu 5. İlkin Hüseynli

Ehtiyat oyunçular: 1. Elçin Əliyev 6. Ağasən Əsgərov 16. Əli İbrahimli 2. Rəşid Əmirli 20. Əli Mürsəlov 17. Vidadi Ağazadə
Baş məşqçi: Murad Ağayev

“Şəfa”: 13. Əli Həsənli 21. Novruz Məmmədov (k) (4. Samir Ağayev, 70) 33. Tərlan Quliyev 88. Aqşin Paşayev (6. Ceyhun Cavadov, 76) 9. Amil Yunanov (7. Elvin Nəsibov, 60) 77. İbrahim Aslanlı (20. Rauf Məhərrəmov, 60) 42. Elnur Cəfərov (32. Elməddin Hüseynzadə, 60) 10. Emin Zamanov 70. Ruslan Hacıyev 19. Əsgər Hüseynov 80. Zahid Mərdanov
Ehtiyat oyunçular: 1. Vaqif Şirinbəyov 12. Rafiq Həsənov 23. Comərd Baxşəliyev 97. Cavad Bağırov 18. Rəsul Əliyev 2. Ratmir Kavtunov
Baş məşqçi: Elgiz Kərəmli

Seçilən
21
sportinfo.az

1Mənbələr