AZ

Masazırda içməli su problemi yaşanır VİDEO

Abşeronun Masazır qəsəbəsində içməli su problemi yaşanır.

Xezerxeber.az-ın məlumatına görə, qəsəbənin Hüseyn Arif küçəsinin sakinləri iddia edirlər ki, onların öz hesablarına çəkdikləri su xətti bir müddət əvvəl kəsilərək başqa ünvana yönələndirilib. Hazırda sakinlər suyu avtomobillə almağa məcbur qalıblar.

Sakinlər də içməli suyu maşınlardan almaq məcburiyyətinə qalıblar. Görüntülər Abşeronun Masazır qəsəbəsindəndir.  

Sakinlər iddia edirlər ki, onların mənzillərinə verilən içməli su xətti kəsilib. Özlərinin çəkdikləri həmin xətt yaxınlıqda yeni tikilən yaşayış binalarına verilib. Bu səbəbdən də indi özləri çarəsiz vəziyyətdə qalıblar.  

Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin baş mühəndisi Ramil İbadov "Xəzər Xəbər"ə bildirdi ki, sözügedən ünvandakı problemdən xəbərləri var və mütəxəssislər tərəfindən əraziyə baxış keçirilib. Su xəttinin kəsilərək başqa səmtə yönəldilməsi isə həqiqəti əks etdirmir.  

Ramil İbadov onu da əlavə etdi ki, gələcəkdə həmin ərazidə yeni su xəttinin qurulması işi həyata keçirilə bilər.  

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
9
1
xezerxeber.az

2Mənbələr