AZ

Maykl Amir Murilyo daha 3 il Marsel “Olimpik”ində

Fransanın “Olimpik” (Marsel) klubu sağ cinah müdafiəçisi Maykl Amir Murilyo ilə müqaviləsinin müddətini uzadıb.

Arena.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

29 yaşlı futbolçu ilə yeni müqavilənin müddəti 2028-ci ilin 30 iyununa qədər nəzərdə tutulub. Əvvəlki sözləşmənin müddəti bu mövsümün sonunda başa çatacaqdı.

Maykl Amir Murilyo Panamanın “San Fransisko” klubunun yetirməsidir. “Nyu York Red Bullz” və “Anderlext” kimi klublarda da çıxış etmiş müdafiəçi 2023-cü ilin avqust ayında 2,5 milyon avro müqabilində Marsel “Olimpik”inə keçib. O, Fransa klubunun heyətində 50 oyuna çıxıb, 4 qol və 4 məhsuldar ötürmə müəllifi olub.

Panamanın U-20 və U-23 yığmalarında da oynamış Murilyo 2016-cı ilin mart ayında debüt etdiyi əsas millidə 81 oyun keçirib. O, bu oyunlarda 9 qol vurub, 8 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 29 yaşlı müdafiəçinin transfer dəyərini 7 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
23
arena.az

1Mənbələr