AZ

Türkiyə və İran XİN başçıları Ciddədə görüşdülər

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ciddədə keçirilən İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının fövqəladə iclası çərçivəsində martın 8-də iranlı həmkarı Abbas Əraqçi ilə görüşüb. 

 

Senzor.az Türkiyə mediasına istinadən bildirir ki, görüşdə diplomatlar iki ölkə arasında mövcud problemləri müzakirə ediblər.

 

Qeyd edək ki, son günlər Türkiyənin Tehrandakı və İranın Ankaradakı diplomatik missiyalarının başçıları olduqları ölkələrin Xarici İşlər nazirliklərinə çağırılıblar.

Seçilən
11
2
senzor.az

3Mənbələr