AZ

Bakıda gündüz saatlarında da tıxaclar artıb - Səbəb və çıxış yolu nədir? VİDEO

Günün pik hesab edilməyən saatlarında da Bakıda bəzi küçə və prospektlərdə tıxaclar artıb.

Xezerxeber.az-ın məlumatına görə, son günlər nəinki axşamlar, elə günorta saatlarında da bir çox ərazilərdə tıxaclar yaranır.

Sürücülər bunu müxtəlif səbəblərlə əlaqələndirirlər.

Nəqliyyat ekspertləri isə bildirirlər ki, şəhər ətrafında məskunlaşmanın plansız aparılması da tıxaclar yaradır.

Ekspert Ərşad Hüseynov deyir ki, digər əsas səbəblərdən biri bəzi ərazilərdə ictimai nəqliyyata əlçatanlığın az olmasıdır.

O hesab edir ki, sadalanan istiqamətlər üzrə tədbirlər görülsə, həmçinin ictimai nəqliyyat inkişaf etdirilsə, tıxaclar da tədricən azalar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
3
xezerxeber.az

1Mənbələr