AZ

Xameneyi Trampın məktubuna belə cavab verdi

İranın ali dini rəhbəri Seyid Əli Xameneyi Tehranda yüksək rütbəli mülki və hərbi rəsmilərin iştirak etdiyi iftar proqramında çıxış edib. ABŞ prezidenti Donald Trampın İranla danışıqlara çağırışı ilə bağlı ona məktub ünvanlamasına toxunan Xamneyi, "Bəzi zalım hökumətlərin danışıqlarda israrları məsələni həll etmək üçün deyil, ağalıq yaratmaqdır. Deyirlər ki, danışıqlar adı ilə qarşı tərəfə tələblərimizi qoyaq, qəbul etsələr, yaxşı olar, deyirlər ki, danışıqlardan getsinlər" söylıyib.

Turkustan.az xəbər verir ki, Vaşinqtonun danışıqlar yolu ilə yeni tələblərini irəli sürmək istədiyini deyən Xameneyi, "Məsələ təkcə nüvə deyil, ölkənin müdafiəsi və beynəlxalq imkanları ilə bağlı yeni tələblər irəli sürürlər. Bu yeni tələblər İran tərəfindən qəti şəkildə qəbul edilməyəcək. Xalqa təzyiq etmək üçün danışıqlardan danışırlar. Bu, danışıqlar deyil, hökmranlıqdır" söyləyib.

Nüvə anlaşmasının avropalı tərəfləri olan Almaniya, Fransa və İngiltərənin nüvə məsələsi ilə bağlı ölkəsinə qarşı bəyanatlarına işarə edən Xameneyi, "Deyirlər, İran müqavilədəki öhdəliklərini yerinə yetirməyib. ABŞ getdikdən sonra birtəhər təzminat ödəyəcəyinizə söz vermişdiniz, amma sözünüzü tutmadınız".

Mübariz/Turkustan.az

Seçilən
9
turkustan.az

1Mənbələr