AZ

Qəzalı binada bədbəxt hadisə baş verib VİDEO

Yevlax şəhərinin "Köhnə internat məktəbi" kimi tanınan ərazisində bədbəxt hadisə baş verib.

Xezerxeber.az-ın məlumatına görə, anası ilə su gətirməyə gedən 20 yaşlı Nərmin Hüseynova qəzalı binaya daxil olub və geri qayıdarkən daş hasar onun üzərinə aşıb. Gənc qadın hadisə yerindəcə dünyasını dəyişib.

Qeyd edək ki, Yevlax şəhəri ərazisində yerləşən köhnə internat məktəbinin binasında 12 gün öncə 84 yaşlı qadının meyti də aşkarlanmışdı. Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
20
xezerxeber.az

1Mənbələr