UFC 313 turnirində yüngül çəkidə amerikalı döyüşçü Castin Qeyci və Rafael Fiziyev arasında baş tutacaq revanş döyüşü böyük maraq doğurur.

Offsideplus.az xəbər verir ki, döyüş 9 martda Las Veqasda, "T-Mobile Arena"da keçiriləcək. Döyüşçülər dünən axşam rəsmi çəkiölçmə mərhələsindən sonra yenidən "face to face" ediblər. 

Qeyd edək ki, ilk dəfə bu iki döyüşçü UFC 286 turnirində, mart 2023-cü ildə qarşılaşmışdı və həmin döyüşdə Qeyci hakimlərin əksəriyyət qərarı ilə qalib gəlmişdi. İndi isə Fiziyev həmin məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. Əslində, UFC 313-də Qeycinin rəqibi Yeni Zelandiyalı döyüşçü Dan Huker olmalı idi. Lakin Huker məşq zamanı əlindən aldığı ciddi zədə səbəbindən döyüşdən imtina etməli oldu və onun yerini Fiziyev tutdu.

Həmin görüntüləri təqdim edirik: