AZ

Millimizin Afinaya yollanacaq heyəti

Martın 11-də Afinada Yunanıstan yığması ilə qarşılaşacaq millimiz hazırlığın Bakı mərhələsini bu gün keçirilən məşqlə yekunlaşdırıb.

"Football-plus.az" xəbər verir ki, komanda səhərə yaxın Bakı-İstanbul-Afina reysi ilə matçın keçiriləcəyi ölkəyə yola düşəcək. Baş məşqçi Vitali Borisov səfərə 14 futzalçı ilə yollanacaq.

Yığmamızın heyəti:
Emin Kürdov, Novruz Kazıxanov, Xəzər Ağalızadə, Ülvi Əliyev (hamısı "Araz-Naxçıvan"), Emil Həsənzadə, Fərid Atakişiyev, Eldar Zeynalov (hamısı "Neftçi"), Tofiq Mikayılov, Kənan Manafov, Oktay Rüstəmli, Nihad İsmayılov, Nurlan Mehdizadə, Kamran Hacıyev, Murad Quluzadə (hamısı "Baku Fire").

Seçilən
3
2
football-plus.az

3Mənbələr