AZ

Böyük Britaniya hökuməti Abramoviçi məhkəməyə verə bilər

Böyük Britaniya hökumətinin nazirləri rusiyalı sahibkar Roman Abramoviçə qarşı məhkəmədə iddia qaldırmağa hazırlaşırlar.

Arena.az bu barədə “The Guardian” nəşrinə istinadən məlumat verir.

İddianın əsasında Abramoviçin “Çelsi” futbol klubunun satışından əldə etdiyi pulların Ukraynaya kömək üçün yönəldilməsi dayanır.

Bildirilir ki, nazirlər sözügedən pulların necə xərclənməsinə gərək olduğu məsələsində Abramoviçlə dil tapa bilmədiklərindən, getdikcə daha məyus olurlar və indi rusiyalı sahibkarla məhkəmədə çəkişməyə hazırdırlar.

“Hökumət dairələrində hesab edirlər ki, biz bu məsələ ilə əlaqədar məhkəməyə müraciət edəcəyik. Abramoviçin özü ilə, pulların nəyə xərclənə biləcəyi məsələsində əsaslı fikir ayrılıqları var, görünür, qanun bu fəsadı çözmək üçün yeganə üsul olaacaq” – nəşr hakimiyyətdəki mənbəsindən sitat gətirir.

Xatırladaq ki, 58 yaşlı rusiyalı sahibkar Roman Abramoviç Böyük Britaniyada qadağalar altında ikən, 2022-ci ilin may ayında xüsusi lisenziyanın verilməsi ilə sahibi olduğu “Çelsi” futbol klubunu satıb.

Seçilən
7
arena.az

1Mənbələr