"Barselona"nın sabiq yarımmüdafiəçisi və baş məşqçisi Xavi keçmiş günlərini xatırlayıb.

Offsideplus.az xəbər verir ki, o, oynadığı "Barselona" komandasının futbol tarixinin ən yaxşısı olub-olmadığı ilə bağlı sualı cavablandırıb. 

“İspaniya tarixində ən yaxşı nəslə sahib idik. Messinin ən böyük oyunçu, bütün zamanların ən yaxşı komandası olub-olmadığımızı bilmirəm, ancaq tarixin ən yaxşı dörd və ya beş komandasından biri idik".

Qeyd edək ki, Xavi 1998-2015-ci illərdə Kataloniya klubunda çıxış edib. İspan yarımmüdafiəçi iki dəfə (2009 və 2015) trebl qazanıb. Xavi Kataloniya təmsilçisində bütün yarışlarda 767 oyun keçirib.