№ 55 Bakı şəhəri, 3 mart 2025-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 6, maddə 749 (Cild I); 2024, № 7, maddə 910) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:
1. “I. Büdcədən maliyyələşdirilən qurumlar” bölməsi üzrə:
1.1. “1. Təhsil müəssisələri” hissəsi üzrə:
1.1.1. 1.37-ci, 1.195-ci və 1.196-cı bəndlər ləğv edilsin;
1.1.2. 1.118-ci bənddə “Ağamalıoğlu” sözü “Düzqışlaq” sözü ilə əvəz edilsin;
1.1.3. aşağıdakı məzmunda 1.134-1-ci və 1.134-2-ci bəndlər əlavə edilsin:
“1.134-1. Xocalı rayon Quşçular kənd Uşaq Musiqi Məktəbi
1.134-2. Xocalı rayon Malıbəyli kənd Uşaq Musiqi Məktəbi”;
1.2. “2. Muzeylər” hissəsinin 2.2-ci bəndinə və 2.2.1-ci yarımbəndinə “Azərbaycan” sözündən sonra “Milli” sözü əlavə edilsin.;
1.3. “4. Kitabxanalar” hissəsi üzrə:
1.3.1. 4.26.23-cü, 4.59.12-ci və 4.59.13-cü yarımbəndlər ləğv edilsin;
1.3.2. aşağıdakı məzmunda 4.34.16-cı, 4.34.17-ci yarımbəndlər əlavə edilsin:
“4.34.16. Quşçular kənd kitabxana filialı
4.34.17. Malıbəyli kənd kitabxana filialı”.;
1.4. “5. Mədəniyyət mərkəzləri, evləri və klubları” hissəsi üzrə:
1.4.1. 5.21.55-ci, 5.21.61-ci, 5.57.2-ci, 5.57.3-cü və 5.57.9-cu yarımbəndlər ləğv edilsin;
1.4.2. aşağıdakı məzmunda 5.29.3-1-ci,
5.29.3-2-ci və 5.29.21-ci yarımbəndlər əlavə edilsin:
“5.29.3-1. Malıbəyli kənd Mədəniyyət evi
5.29.3-2. Quşçular kənd Mədəniyyət evi
5.29.21. Malıbəyli kənd klubu”.
2. “II. Təsərrüfathesablı qurumlar” bölməsi üzrə:
2.1. “1. Teatr və konsert müəssisələri” hissəsi üzrə:
2.1.1. 1.5-ci və 1.17-ci bəndlərə “Dövlət” sözündən sonra “Milli” sözü əlavə edilsin;
2.1.2. 1.22-ci bəndə “Qax” sözündən əvvəl “İlya Çavçavadze adına” sözləri əlavə edilsin;
2.1.3. 1.27-ci bəndə “Dövlət” sözündən sonra “Akademik” sözü əlavə edilsin;
2.1.4. 1.31-ci bənddən “Musiqili” sözü çıxarılsın;
2.2. “2. Kinostudiyalar” hissəsinin 2.4-cü bəndində “Dublyaj” Studiyası” sözləri “Filming Azərbaycan” MMC” sözləri ilə əvəz edilsin.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri