Yay transfer pəncərəsində yarımmüdafiəçi axtarışında olan “Liverpul” “Ştutqart”ın futbolçusu Anjelo Stilleri heyətinə qatmaq istəyir.

Offsideplus.az xəbər verir ki, 23 yaşlı alman futbolçu bu mövsüm göstərdiyi performansla diqqət çəkib və bir neçə klubun maraq dairəsinə düşüb. Stillerin müqaviləsində 36,5 milyon avroluq sərbəst qalma maddəsi mövcuddur. Bu səbəbdən “Liverpul”un transferi reallaşdırmaq üçün bu məbləği ödəməsi tələb olunur.

Mersisaydlıların yayda heyətini gücləndirmək üçün yarımmüdafiə xəttinə oyunçu cəlb etmək istədiyi bildirilir. Stillerin isə “Liverpul”un təklifinə necə reaksiya verəcəyi maraqla gözlənilir.