AZ

Ançelotti gələcəyi ilə bağlı qərar verdi

style='margin-bottom:10px;'>

"Real"ın baş məşqçisi Karlo Ançelotti klubdakı gələcəyi ilə bağlı qərarını verib.

QOL.az xəbər verir ki, bu barədə “Athletic” məlumat yayıb.

İtaliyalı mütəxəssis növbəti mövsümdə də "Real"i çalışdırmağa davam etmək istəyir. Qeyd olunur ki, məşqçi Madrid təmsilçisindəki gələcəyini La Liqa və ya Çempionlar Liqasını qazanmaqla təmin edə bilər.

65 yaşlı mütəxəssisin "kral klubu" ilə hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Daha əvvəl mətbuatda "Real"ın Ançelottinin potensial əvəzləyicisi kimi hazırda "Bayer"ə başçılıq edən Xabi Alonsonu nəzərdən keçirdiyi barədə xəbərlər yayılmışdı.

Seçilən
44
4
teleqraf.com

10Mənbələr