AZ

Sürücülərin NƏZƏRİNƏ: Paytaxtın bəzi yollarında hərəkət sürəti aşağı düşüb

Bakı. Trend:

Əvvəlcədən məlumat verildiyi kimi, hazırda paytaxtın əksər küçəvə prospektlərində yaranan nəqliyyat sıxlığının müddəti və sıxlıqolan yolların sayı artıb.

Trend xəbər verir ki, bu barədə Nəqliyyatıİntellektual İdarəetmə Mərkəzinin (NİİM) məlumatında qeydolunub.

Bildirilir ki, müşahidə kameralarının görüntülərinə, aparılantəhlillərə əsasən buna səbəb kimi pik və qeyri-pik saatlardabayramlarla əlaqədar şəhərin mərkəzi hissəsinə nəqliyyatvasitələrinin daha çox axın etməsi, bəzi ictimai-iaşəobyektlərinin, gül mağazalarının qarşısında, dayanma və durmanınqadağan edildiyi nişanın təsir zonasında avtomobillərin parkedilməsi göstərilə bilər. Yol-nəqliyyat hadisələrinin baş verməsi,texniki nasaz avtomobillərin yolda qalması da bu səbəblərsiyahısındadır.

"Qeyd edilən məlumatlar Mərkəzin əməkdaşları tərəfindən vəxüsusi proqramlar əsasında aparılan təhlillərə və faktlaraəsaslanır.

Pik saatlarda ötən ayın əvvəlindən bu günə nəqliyyatvasitələrinin hərəkət sürətinin azalması (km/saat)

1. Səməd Vurğun küçəsi 45-dən 37-yə;

2. Rəşid Behbudov küçəsi 14-dən 12-yə;

3. Koroğlu Rəhimov küçəsi 11-dən 8-ə;

4. Bülbül prospekti 18-dən 15-ə;

5. 28 May küçəsi 12-dən 11-ə;

6. Zərifə Əliyeva küçəsi 23-dən 20-ə;

7. Ziya Bünyadov prospekti 49-dan 24-ə;

8. Tbilisi prospekti 17-dən 11-ə;

9. Neftçilər prospekti 30-dan 16-ya;

10. Heydər Əliyev prospekti(köməkçi yol) 18-dən 11-ə;

11. Qara Qarayev prospekti 43-dən 34-ə;

12. 8 noyabr prospekti 42-dən 26-ya

13. Babək prospekti 50-dən 40-a;

14. Yusif Səfərov küçəsi 46-dan 30-a;

15. Xətai prospekti 27 -dən 20-yə

Bir daha bildirmək istəyirik ki, yollarda bu səbəblərdən biravtomobilin yolun hərəkət zolağında park edilməsi və ya dayanması,nəqliyyat intensivliyinin aşağı düşməsinə gətirib çıxarır. Bu damərkəzlə yanaşı, digər yollara da təsir edir.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən nəqliyyatintensivliyini artırmaq üçün hazırda 40-dan çox küçə və prospektdəsvetoforlara “yaşıl dalğa” əmri verilir, kamera görüntüləriəsasında problemli kəsişmələrə əlavə naryadların cəlb olunmasıməqsədilə yol polisi ilə birgə tədbirlər görülür", - qurumdanvurğulanıb.

Seçilən
55
13
az.trend.az

10Mənbələr