AZ

Ronaldo Tehrana niyə yollanmayıb?

Asiya Çempionlar Liqasında 1/8 finala start verilib.

Kriştiano Ronaldonun formasını geydiyi “Əl-Nəssr” Tehranda “İstiqlal”la qolsuz heç-heçə oynayıb.

Səudiyyə Ərəbistanı klubunun aparıcı oyunçularından Ronaldo bu matçın iştirakçısı olmayıb. Belə ki, “Əl-Nəssr” portuqaliyalı hücumçunun təhlükəsizliyi səbəbindən matçın neytral meydanda keçirilməsini istəsə də, Asiya Futbol Konfederasiyası bu təkliflə razılaşmayıb. Bu səbəbdən Ronaldo Tehrana yollanmayıb.

Səudiyyə Ərəbistanı təmsilçisinin belə təkliflə çıxış etməsi səbəbsiz deyil. Çünki 2023-cü ilin sentyabrında “Əl-Nəssr” “Persopolis”lə matç üçün Tehrana gələrkən xoşagəlməz insident yaşanmışdı. Həmin vaxt Ronaldonu görmək istəyən yüzlərlə azarkeş qonaq komandanın məskunlaşdığı otelə üz tutsa da, polis çətinliklə izdihamı uzaqlaşdıra bilmişdi.

Əlavə edək ki, “Əl-Nəssr” və “İstiqlal” arasında cavab oyunu martın 10-da Ər-Riyadda keçiriləcək.

Seçilən
3
football-plus.az

1Mənbələr