AZ

Türkiyə Superliqasında derbiləri qadın hakimlər idarə edə bilərlər

Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlu ötən gün keçirilən iclasda, gələcəkdə derbilərə qadın hakimlərin təyinat alacaqlarını açıqlayıb.

hakimiyyet.az "SporX"ə istinadən xəbər verir ki, TFF-nin prezidenti qadın və kişi hüquqlarının bərabərliyinin qorunması üçün derbilərə qadınların təyinat almalarını istədiklərini bildirib.

"Gələcəkdə qadın hakimlərimiz derbiləri idarə edəcəklər. Bunun səbəbi isə kişi və qadın hüquqlarının bərabərliyini qorumaqdır. Bizi dünyaya gətirən qadınlardırsa, deməli bizdən öndədirlər", - deyə İ.Hacıosmanoğlu bildirib.

Seçilən
1
hakimiyyet.az

1Mənbələr