"Kurtlar vadisi"nin məşhur aktrisası Özgü Namal açıqlaması ilə bütün diqqətləri üzərinə çəkib.
BAKU.WS xəbər verir ki, uzun illərdən sonra "Instyle" jurnalına danışan aktrisa şəxsi həyatı ilə bağlı bəzi etiraflar edib.
O həyat yoldaşı Ahmet Serdar Oralı itirməyin onun üçün çox kədərli hadisə olduğunu vurğulayıb:
"Həyat yoldaşımın itkisi çox çətin və ağır idi. Dünyadakı bütün itkilər ağırdır, hər hansı bir ağrını bir-birinizlə müqayisə etmirəm. Mənə görə mən kədərin ən böyüyünü yaşadım. Ətrafımda bir çox insan məni yenidən həyata qaytarmaq istədi. Ancaq hər kəsə dedim: "Xahiş edirəm icazə verin. İcazə verin, bu ağrıları yaşayım, özümü hazır hiss etdiyim zaman ayağa qalxacam".
Xatırladaq ki, Ahmet Serdar Oral 2020-ci ildə infarkt keçirərək vəfat edib. Cütlüyün iki övladı var.