Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Sabirabad rayon təşkilatının qərargahında gənc partiya fəalları ilə 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş bayram tədbiri keçirilmişdir.
Tədbirdə ilk öncə Ümumilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov milli əxlaqi dəyərlərimizin, adət-ənənələrimizin keşiyində dayanan Azərbaycan qadınlarının öz iradəsi, mərdliyi, saflığı, sədaqəti ilə cəmiyyətimizin həyatında, milli-mənəvi dəyərlərimizin formalaşmasında müstəsna rol oynadığını, müstəqil Azərbaycanın bugünkü istimai siyasi həyatında qadınlarımızın əvəzolunmaz yerinin olduğunu, onların ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında öndə gedərək göstərilən etimadı layiqincə doğruldduqlarını bildirmişdir.
Çıxış edənlər, Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, ağlı və iradəsi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və yaşadılmasında müstəsna xidmətləri olduğunu vurğulayıblar.
Daha sonra YAP Sabirabad rayon təşkilatının sədri partiya faəllarını təbrik edib. Onlara uğurlar arzu edib.
Sonda xatirə şəkili çəkdirilib.