AZ

"Baş məşqçi ilə bura gəlməmişdən öncə telefon söhbətimiz oldu, dedi ki..."

"Mənim hədəflərim klubun istəkləri ilə eynidir".

Sportinfo.az xəbər verir ki, bunu "Gəncə" basketbol komandasının yeni transferi Malek Deyvis klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, kollektivə qoşulduğu ilk gündən xoş münasibət gördüyünü söyləyib:

“Məni Gəncədə olduqca xoş qarşıladılar. Qonaqpərvərlik göstərdilər, məmnun qaldım. Bu cür qarşılanmaya görə kluba, məşqçilərə və komanda yoldaşlarıma təşəkkür edirəm.

Baş məşqçimizlə bura gəlməmişdən öncə telefon söhbətimiz olmuşdu. İlk danışığımız əla keçdi. O, komandanın vəziyyətindən bəhs edib, məndən gözləntilərini ortaya qoydu. Bu, mənim “Gəncə”yə keçidimdə həlledici rol oynadı”.

Malek komandanın qarşısına qoyulan hədəfdən də danışıb:

“İddialıyıq, hər oyuna qələbə üçün çıxırıq. Mənim hədəflərim klubun istəkləri ilə eynidir. Məqsədimiz uğur qazanmaqdır”.

ABŞ-dən olan basketbolçu Azərbaycan çempionatı ilə bağlı müəyyən informasiyaya malik olduğunu bildirib:

“Burada çıxış edən həmyerlilərim var. Ölkənizə gəlməmişdən öncə dostluq münasibətində olduğum oyunçulardan liqanın səviyyəsi barədə sorusmuşdum. Deyildiyi kimi güclü yarışdır. Rəqabət var, mübarizə yüksəkdir. Oynadığım ilk matçda da bunun şahidi oldum”.

Seçilən
1
sportinfo.az

1Mənbələr