AZ

“Sabah”la “Neftçi”dən biri kuboku qazansa, “Turan Tovuz” kənarda qalacaq”

Həm premyer-liqanı, həm də ölkə kubokunu nəzərə alsaq, avrokuboklara vəsiqə uğrunda mübarizəni 6 komanda – “Qarabağ”, “Zirə”, “Araz-Naxçıvan”, “Turan Tovuz”, “Neftçi” və “Sabah” davam etdirir.

Təbii ki, ilk üç komanda hədəfinə çox yaxındı. “Turan Tovuz”, “Sabah” və “Neftçi”dən isə ikisi kənarda qalacaq. Görəsən, hansı iki komanda kənarda qalacaq? Bu mübarizədə həlledici amil nə olacaq?

Bu sualları təcrübəli mütəxəssis Aslan Kərimova ünvanladıq:

“Bəzi komandalar kubok, bəziləri də çempionat yolu ilə avrokuboklara yollana bilər. “Sabah”la “Neftçi”nin çempionat yolu ilə getməsi çətindi. 4-cü pillədəki “Turan Tovuz”un 42, 5-ci pillədəki “Sabah”ın 33 xalı var. 9 xallıq fərqi aradan qaldırmaq asan olmayacaq. “Neftçi”nin çempionat yolu ilə şansı çox aşağıdı. “Sabah”la “Neftçi”dən hansı ölkə kubokunda finala yüksələcəksə, onun da şansı qalacaq. Hər birinin finala yüksəlmək potensialı var. Oyunçu keyfiyyəti baxımdan “Sabah”ın potensialı “Neftçi”dən bir qədər yüksək ola bilər. Kubok oyunları bütün şansları bərabərləşdirir. “Qarabağ” kuboku götürməyə daha yaxındı. “Turan Tovuz”un avrokuboklara getmək şansı yüksəkdi. “Sabah”la “Neftçi”dən biri kuboku qazansa, “Turan Tovuz” kənarda qalacaq. Amma kubokun sahibi “Qarabağ” olsa, “Sabah”la “Neftçi”nin avrokuboklardan kənarda qalması reallaşacaq”.


ƏSƏD SEYİDOV
Seçilən
3
football-plus.az

1Mənbələr