Kargo şirkətləri xaricdən mobil telefonların ölkəyə gətirilməsindən kütləvi şəkildə imtina ediblər. Hətta bununla bağlı əksər kargo şirkətləri eyni anda sosial şəbəkə hesablarında paylaşımlar edərək, müştərilərini məlumatlandırıblar.
Far.Az Xezerxeber.az-a istinadən xəbər verir ki, bəzi şirkətlər bunun rəhbərliyin qərarı olduğunu bildirsə də, bəziləri səbəbi açıqlamadan, hazırda mobil telefon gətirməyin mümkün olmadığını deyir.
Kargo şirkətlərinin belə bir məhdudiyyət qoymasının səbəbini əvvəlcə özlərindən soruşduq.Onlar bu məsələ ilə bağlı nədənsə, danışmaq istəmədiklərini bildirdilər.
Elektron ticarət məsələləri üzrə ekspert Nicat Manafov deyir ki, kargo şirkətlərinin bəziləri mobil telefon daşımasına qoyulan məhdudiyyəti Amerika və Çin gömürüyündəki yoxlamalarla əlaqələndiriblər.