Azərbaycanlı idmançı Rafael Fiziyev UFC313 yarışına həsr olunmuş mətbuat konfransında maraqlı video çəkib.
Offsideplus.az xəbər verir ki, həmvətənimiz yarımağır çəkidə UFC titulu uğrunda döyüşəcək rusiyalı Maqomed Ankalayevi "ifşa edib".
Belə ki, mətbuat konfransında Fiziyevlə yanaşı oturan Ankalayevin başı telefona qarışıb. Həmkarının telefonda oyun oynadığını görən Rafael fürsəti əldən verməyərək, onu "cinayət başında" yaxalayıb.
Qeyd edək ki, şəxsi münasibətləri yüksək səviyyədə olan bu idmançılar martın 9-da UFC-də fərqli çəki dərəcələrində növbəti döyüşlərinə çıxacaqlar.