Bərdədə yanıq xəsarətləri alan azyaşlı xəstəxanada ölüb.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Alaçadırlı kəndi ərazisində qeydə alınıb.
Çərşənbə tonqalına yıxılaraq yanıq xəsarətləri aldığı deyilən 6 yaşlı Nicat Qurbanzadə Bakıda yerləşdirildiyi xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.