AZ

KDÇ-nin mükafat fondu açıqlandı

Bu yay keçiriləcək Klublararası Dünya Çempionatının (KDÇ) mükafat fonduna aydılıq gəlib.

Konkret məbləği turnirin təşkilatçısı olan FİFA açıqlayıb.

Ali futbol qurumunun yaydığı məlumatda turnirin iştirakçılarına ümumilikdə 1 milyard dollar ayrılacağı bildirilib. Bu məbləğ 32 iştirakçı klub arasında bölüşdürüləcək. KDÇ iyunun 15-dən iyulun 13-dək ABŞ-də yeni format əsasında keçiriləcək.

Qeyd etdiyimiz kimi, mundialda ilk dəfə 32 komanda iştirak edəcək. İştirakçılar hərəsində 4 komanda olmaqla 8 qrupda mübarizə aparacaq. Qruplarda ilk iki yeri tutacaq klublar 1/8 finala vəsiqə qazanacaq. Oyunlara ABŞ-nin 11 şəhərinin 12 stadionu səhnə olacaq, final isə Nyu Yorkda keçiriləcək.

FİFA-nın prezidenti Canni İnfantino bu haqda jurnalistlərə belə deyib:

“Dünya çempionatı yalnız klub futbolunun zirvəsi olmayacaq, eyni zamanda klublara misilsiz miqyasda fayda verəcək həmrəylik nümunəsi olacaq. Buna isə indiyədək heç bir yarışda rast gəlinməyib. Turnirdən əldə olunan bütün gəlirlər iştirakçı komandalar arasında və qlobal klub həmrəyliyi çərçivəsində bölüşdürüləcək. FİFA bu gəlirlərdən bir dollar belə özünə saxlamayacaq”.
Seçilən
4
football-plus.az

1Mənbələr