AZ

Problemli kreditlərin ən çox və ən az olduğu - RAYONLAR

Bu ilin fevralın 1-nə Azərbaycan bankları tərəfindən ayrılmış kreditlərin ümumi məbləği 27,5 milyard manatdır. Bunun 421,8 milyon manatı vaxtı keçmiş - problemli kreditlərdir.

FED.az xəbər Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, problemli kreditlərin 350 milyon manatı, yəni 83%-i 3 şəhərin payına düşür. Belə ki, vaxtı keçmiş kreditlərdən 325,3 milyon manatı Bakı, 13,7 milyon manatı Sumqayıt, 11,3 milyon manatı Gəncədə qeydə alınıb. 

Bu göstərici  Abşeron rayonu üzrə 5,2 milyon manat, Zaqatala rayonu üzrə, 4,9 milyon manat, Şəmkir rayonu üzrə 4,5 milyon manat, Yevlax rayonu üzrə 4,1 milyon manat təşkil edib.

11 rayon üzrə problemli kreditlər qeydə alınmayıb. Bunlar Xızı rayonu, Şahbuz, Ordubad, Sədərək, Kəlbəcər, Zəngilan, Laçın, Şuşa, Cəbrayıl, Qubadlı, Xankəndi şəhəridir.

Seçilən
6
fed.az

1Mənbələr