AZ

Tovuz rayonunda restoran yanıb - Video

Tovuz

Tovuz rayonunun Abulbəyli kəndində restoranda yanğın olub.

Reyting.az
xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilir ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidməti Tovuz rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin müdaxiləsi sayəsində vətəndaşa məxsus ikimərtəbəli restoranda baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində ümumi sahəsi 946 kv.m. olan restoranın dam örtüyü 30 kv.m. sahədə,1 ədəd monitor və 1-ci mərtəbədə taxtadan ibarət arakəsmə 100 kv.m. sahədə yanıb.

Restoranın böyük hissəsi yanğından mühafizə olunub.

Seçilən
24
7
reyting.az

9Mənbələr