AZ

Tovuzda restoran yanıb - VİDEO

Tovuzda restoran yanıb.

Bu barədə APA-ya FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə rayonun Abulbəyli kəndində baş verib:

"Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Tovuz rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal əraziyə cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində vətəndaşa məxsus ikimərtəbəli restoranda baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində ümumi sahəsi 946kv.m. olan restoranın dam örtüyü 30 kv.m. sahədə, 1 ədəd monitor və 1-ci mərtəbədə taxtadan ibarət arakəsmə 100kv.m. sahədə yanıb. Restoranın böyük hissəsi yanğından mühafizə olunub".

Seçilən
30
7
apa.az

9Mənbələr