AZ

Avrokuboklarda ən çox qarşılaşan eyni ölkə klubları

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) avrokuboklar tarixində ən çox üz-üzə gələn eyni ölkə klublarının siyahısı açıqlayıb.

Msport.az xəbər verir ki, qurum ən azı 3 dəfə yolları kəsişən klubları sıralayıb.

Bu baxımdan rekord “Real”la “Atletiko” arasında təşkil olunan Madrid derbiləridir. Bu komandalar Avropa arenasında 7 dəfə qarşılaşıblar.

“Çelsi” ilə “Liverpul” 6, “Real”la “Barselona” 4 müxtəlif mövsümdə rəqib olub. “Barselona” “Valensiya” və “Sevilya”nın hərəsi ilə 3 duelə çıxıb. “Sevilya”nın “Real”la, İtaliya təmsilçiləri “Milan”la “İnter”in görüşü isə üç dəfə baş verib.

Seçilən
23
msport.az

1Mənbələr